BDU-nun müəllimi vəfat etdi - Foto

BDU-nun müəllimi vəfat etdi - Foto Hadisə

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev dünyasını dəyişib.

News24.az xəbər verir ki, alim 79 yaşında vəfat edib.

Qeyd edək ki, Vaqif Nəbiyev 1974-cü ildən BDU-da fəaliyyət göstərib. O, 30-dan çox elmi əsərin, həmçinin “Siyasi tarix” və “Azərbaycan tarixi” fənləri üzrə proqramların müəllifi olub.