BDU-nun yataqxanasında 3 tələbə qız zəhərləndi, - ONLARDAN 1-i ÖLDÜ

BDU-nun yataqxanasında 3 tələbə qız zəhərləndi, - ONLARDAN 1-i ÖLDÜ Hadisə
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

News24.az-ın xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

Səhiyyə Nazirliyindən məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicəsi davam edir.