Bələdiyyə sədri infarkt keçirdi – Təcili əməliyyata götürüldü

Bələdiyyə sədri infarkt keçirdi – Təcili əməliyyata götürüldü Hadisə

Konyanın Tuzlukçu mahalının bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Nurettin Akbuğa infarkt keçirib.

News24.az xəbər verir ki, 2014-cü ildən bəri Tuzlukçu Bələdiyyəsinin rəhbəri olan Akbuğa dünən axşam saatlarında səhhətinin qəfil pisləşməsi səbəbindən xəstəxanaya müraciət edib.

Yoxlamalar nəticəsində onun infarkt keçirdiyi müəyyən edilib. İlkin tibbi yardım göstərildikdən sonra Akbuğa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Onun vəziyyətinin hazırda stabil olduğu bildirilir.