Bərdədə 4 nəfər qidadan zəhərlənib? - Rəsmi açıqlama

Bərdədə 4 nəfər qidadan zəhərlənib? - Rəsmi açıqlama Hadisə

Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib:

"Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar".

"Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər", - deyə qurumun məlumatında bildirilib.