Bərdədə ağır qəza - ÖLƏN VAR
Hadisə
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.
Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.
Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.
Faktla bağlı araşdırma aparılır.(report)