Bərdədə canavar hücumu: 50-yə yaxın heyvan tələf oldu

Bərdədə canavar hücumu: 50-yə yaxın heyvan tələf oldu Hadisə

Bərdə rayonunda canavarların fərdi təsərrüfata hücumu nəticəsində xeyli sayda xırdabuynuzlu heyvan tələf olub.

News24.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata hücum edən canavarlar təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf edib.

Hadisə nəticəsində təsərrüfat sahibinə ciddi maddi ziyan dəyib. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib. (qafqazinfo)