Bərdədə iki maşın toqquşdu - ÖLƏN VAR

Bərdədə iki maşın toqquşdu - ÖLƏN VAR Hadisə
Bərdədə ölümlə nəticələnən avtomobil toqquşması baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 7-də saat 09:00 radələrində Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ”  markalı 2 avtomobil toqquşub. 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.