Bərdədə minik avtomobili eşşək arabasına çırpıldı - Ölən var

Bərdədə minik avtomobili eşşək arabasına çırpıldı -  Ölən var Hadisə

Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var.

News24.az xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.