Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı
Hadisə
Bərdədə Abışov Alay Qaçay oğluna məxsus 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
News24.az-ın Qarabağ bürosunun xəbərinə görə yamğın hadisəsi rayonun Çəmənli kəndi ərazisində baş verib. Yanğına səbəb qaz balonunda yaranan nasazlıq nəticəsində sızmadan baş verdiyi deyilir. Hadisə yerinə FHN-nin Bərdə yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısını alınıb.
Faktla bağlı araşdırma başlanıb.