Bərdədə yeniyetmə ağır qəza törətdi
Hadisə
Bərdə rayonunda avtomobil qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, qəsəbə sakini - 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.
Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Unikal/