Bərdədə yeniyetmənin meyiti tapıldı

Bərdədə yeniyetmənin meyiti tapıldı Hadisə

Bərdə rayonunda yeniyetmənin meyiti tapılıb.

News24.az xəbər verir ki, Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Saleh Məmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)