Betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldü

Betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldü Hadisə

Ağdərədə betonqarışdıran maşının dərəyə aşması nəticəsində sürücü ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Çıldıran kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Bərdə sakini Hafiz Qocamanov idarə etdiyi “Howo” markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın dərəyə yuvarlanıb, sürücü H.Qocamanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)