Beyləqanda 11 yaşlı uşağı avtomobil vurdu

Beyləqanda 11 yaşlı uşağı avtomobil vurdu Hadisə

Beyləqanda 11 yaşlı uşağı avtomobil vurub.

News24.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Beyləqan şəhəri ərazisində baş verib.

Hadisə zamanı avtomobil 11 yaşlı Səqi Mehdiyevi vurub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)