Beyləqanda kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNDİ
Hadisə
Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
10:50
Beyləqanda kanalda batan şəxsin meyiti polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
News24.az xəbər verir ki, Qarabağ kanalında batan 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə km aralıda, rayonun Türklər kəndi ərazisində tapılıb.
Onun hansı şəraitdə suya düşməsi məlum deyil.
***
Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub.
News24.az xəbər verir ki , Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır.
Hazırda onun axtarışları davam etdirilir.
R. Hüseyinlinin hansı şəraitdə suya düşməsi məlum deyil./Report