Beyləqanda elektrik yarımstansiyasında yanğın oldu – YENİLƏNDİ

Beyləqanda elektrik yarımstansiyasında yanğın oldu – YENİLƏNDİ Hadisə

Beyləqan rayonunun Daşburun qəsəbəsində elektrik yarımstansiyasında baş verən yanğın söndürülüb.

News24.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)

**20:37

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır. (APA)