Beyləqanda kanalda boğulan yeniyetmə ilə bağlı TƏBİB-dən açıqlama – YENİLƏNDİ

Beyləqanda kanalda boğulan yeniyetmə ilə bağlı TƏBİB-dən açıqlama – YENİLƏNDİ Hadisə

Beyləqanda kanalda boğularaq ölən yeniyetmənin ölümü ilə nəticələnən hadisə ilə bağlı TƏBİB məlumat açıqlayıb.

News24.az TƏBİB-dən bildirilib ki, 07.08.2026-cı il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Beyləqan rayonundan sudaboğulma diaqnozu ilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. (Tteleqraf)

**19:25

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında çimərkən boğularaq dünyasını dəyişib.

News24.az xəbər verir ki, bədbəxt hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı Bünyatlı kəndi ərazisindən keçən su kanalında çimərkən qəfildən boğulub.

Ətrafdakı kənd sakinlərinin səyləri nəticəsində yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb. (Teleqraf)