Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol qəzası BAŞ VERİB

Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol qəzası BAŞ VERİB Hadisə
Beyləqanda baş verən qəza piyadanın ölümü ilə nəticələnib.
 
Daxili İşlər Nazirliyindən (DİN) News24.az-a verilən məlumata görə, avqustun 4-də saat 21 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Kəbirli kənd sakini M.Əlizadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rza Əliyevi vurub. 
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.