Beyləqanda qəza: 4 nəfər xəsarət aldı – Yeniləndi
Hadisə
Beyləqanda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"08.12.2025-ci il tarixdə saat 14:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərdən 1999-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir", – məlumatda deyilir.
**
Beyləqan rayonunda baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazində qeydə alınıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Süleymanlı Sahil Eldəniz oğlu, Abdullayev Abbas Ramil oğlu (2003), Allahverdiyev Mikayıl Elmar oğlu (2004) və Əhmədli Ümid Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Unikal)