Beyləqanda qəza: ölən və yaralananlar var – YENİLƏNDİ

Beyləqanda qəza: ölən və yaralananlar var – YENİLƏNDİ Hadisə

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) 31.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***20:28

Beyləqan rayonunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Şəfa Əliyev hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Əlizamin Şəfa oğlu Əliyev, 1988-ci il təvəllüdlü Həsən Əbilqasım oğlu Həsənov və 1979-cu il təvəllüdlü Zəfər Gülmirzə oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)