Beyləqanda yol qəzası - Xəsarət alanlar var
Hadisə
Beyləqanda baş verən qəzada 4 nəfər xəsarət alıb.
News24.az-ın xəbərinə görə, rayonun Daşburun qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes markalı avtomobil qarşıdan gələn "KİA" markalı avtomobil ilə toqquşub. Nəticədə avtomobildə olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.