Beyləqandakı ağır qəza ilə bağlı FHN məlumat yayıb

Beyləqandakı ağır qəza ilə bağlı FHN məlumat yayıb Hadisə

Beyləqan rayonunun Birinci Şahsevən kəndində "ВАЗ" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, nəticədə ”ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobil və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.