Beynəlxalq Bankın əməkdaşı vəfat etdi

Beynəlxalq Bankın əməkdaşı vəfat etdi Hadisə

Azərbaycan Beynəlxalq Bankının (ABB) kollektivinə ağır itki üz verib.

News24.az xəbər verir ki, ABB-nin Kreditlərin anderraytinqi və monitorinqi departamentinin əməkdaşı Xubayar Rüstəmzadə dünyasını dəyişib.

Bu barədə Bankdan məlumat verilib.

Xubayar Rüstəmzadə 14 mart 1991-ci ildə anadan olub. 2014-cü ildən ABB-də fəaliyyətə başlayıb, son olaraq Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışırdı./Modern.az