Biləcəridə evdən meyit tapıldı

Biləcəridə evdən meyit tapıldı Hadisə

Bakıda evdən meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 57 yaşlı Vazeh Cəbrayıl oğlu İbişovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.