Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlandı
Hadisə
Biləsuvar rayonunda ümumilikdə 17 kiloqram narkotik vasitə aşkar olunub.
News24.az xəbər verir ki, keçirilən tədbirlər zamanı saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Ondan 7 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.