Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü
Hadisə
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, rayonun Təbriz küçəsində Biləsuvar şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Telman Adıgözəl oğlu ehtiyatsızlıq nəticəsində şor kollektoruna düşüb.
İlkin məlumata görə, o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Report)