Biləsuvarda avtomobil piyadanı vurdu
Hadisə
Bakı–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində avtomobil qadını vurub.
News24.az xəbər verir ki, 1990-cı il təvəllüdlü, Sabirabad rayon sakini Aynur Zəbiyeva avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat blokuna yerləşdirilib.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir./bizimmedia