Biləsuvarda motosikletlə yük maşını toqquşdu - 21 yaşlı gənc öldü
Hadisə
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında əvvəlki Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, rayon sakini 2005-ci il təvəllüdlü E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/