Biləsuvarda mübahisə qətllə bitdi — YENİLƏNDİ
Hadisə
Avqustun 13-də saat 20 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
News24.az xəbər verir ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır. (Qafqazinfo)
***20:58
Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alan kişi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir. (Teleqraf)