Biləsuvarda qəzada yaralananların vəziyyəti açıqlandı – Yeniləndi

Biləsuvarda qəzada yaralananların vəziyyəti açıqlandı – Yeniləndi Hadisə

Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

News24.az
xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Müxtəlif bədən xəsatətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

**21:04

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun bu rayonun giriş hissəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Rexton” markalı minik avtomobilində olan 3 nəfərin Qubadlı rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Biləsuvarda qəzada yaralananların vəziyyəti açıqlandı – Yeniləndi