Biləsuvarda qəza: ölən var

Biləsuvarda qəza: ölən var Hadisə

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 avtomobilin qəzaya uğraması nəticəsində nəqliyyat vasitələrindən birinin - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü Şərifağa Əmənov ölüb. Qeyd edək ki, "VAZ-2107" markalı avtomobil qəzadan sonra yanıb.

Faktla bağlı araşdırma aparılır. (Report)