Biləsuvarda yol qəzası: 3 nəfər xəsarət aldı

Biləsuvarda yol qəzası: 3 nəfər xəsarət aldı Hadisə

Biləsuvarda yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Kərimov, Binəqədi rayon sakinləri - 1999-cu il təvəllüdlü Balaş Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Mustafalı xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./APA/