Bilgəhdə 21 yaşlı gənc dənizdə batdı
Hadisə
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) News24az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Niyaz Vasif oğlu Pirməmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar; 2001-ci il təvəllüdlü Məhəbbət Şövkət oğlu Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Bəhruz oğlu Mustafayev, 2001-ci il təvəllüdlü Elbrus Zümrüd oğlu Cəlalov xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.