​Biləsuvarda motosiklet qəzası: Yaralılar var

​Biləsuvarda motosiklet qəzası: Yaralılar var Hadisə

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Bayramov Elnur Mehman oğlunun motosikleti idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir Tapdıq oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması və çoxsaylı qabırğa sınıqları alan S. Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, xəsarət alan şəxslər rayonun Aranlı kənd sakinləridir və qonşudurlar.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)