Binadan yıxılan şairənin vəziyyəti açıqlandı

Binadan yıxılan şairənin vəziyyəti açıqlandı Hadisə

Sumqayıtda binadan yıxılan şairə İlhamə Məhəmmədqızının vəziyyəti orta ağırdır.

News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 1969-cu il təvəllüdlü İlhamə Məhəmmədqızının müalicəsi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:

"Pasiyentə zəruri tibbi xidmətlər göstərilir və müvafiq müalicə tədbirləri həyata keçirilir. Vəziyyəti orta ağır qiymətləndirilir".

Xatırladaq ki, noyabrın 16-sı şairə İlhamə Məhəmmədqızı (Məmmədova) yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.