Binanın dəhlizində ölü tapıldı

Binanın dəhlizində ölü tapıldı Hadisə

Paytaxtın Yasamal rayonunda binalardan birinin dəhlizindən meyit tapılıb.

News24.az xəbər verir ki, iyulun 28-i saat 08 radələrində Z.Xəlilov küçəsi 74 ünvanındakı binanın dəhlizində həmin binanın sakini 1995-ci il təvəllüdlü Əlisa Hüseynovun meyiti tapılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo/