Binəqədidə çoxmərtəbəli yaşayış binasında - YANĞIN

Binəqədidə çoxmərtəbəli yaşayış binasında - YANĞIN Hadisə
Bakıda yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mağazanın içərisində tikilən ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Təndirxananın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.