Bakıda tikilidəki yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNDİ
Hadisə
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
13:07
Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.
News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.