Binəqədiqə yaşayış binasında yanğın: sakinlər təxliyə edildi – VİDEO
Hadisə
Binəqədi rayonu İlham Hacıyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın olub.
News24.az xəbər verir ki, hadisə yerinə dərhal FHN-in qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov mənzillərə yayılmadan qısa müddətdə söndürülüb. Yanğın zamanı şaxta boyunca 51 p/m elektrik kabeli yanıb, təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.Hadisə nəticəsində xəsarət alan olmayıb, mənzillər və yaşayış binası yanğından mühafizə olunub.