Bir ailənin üzvləri qəzaya düşdü: Adlar - YENİLƏNDİ

Bir ailənin üzvləri qəzaya düşdü: Adlar - YENİLƏNDİ Hadisə

Biləsuvar rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) oktyabrın 17-də saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.

***

Biləsuvarda ağır yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

Qəzada avtomobildə bir ailənin üzvləri olub. İlkin məlumata görə, sürücü və qayınana  ölüb. Maşında olan 3 nəfər ailə üzvü xəsarət alıb.