Boşanmaq istəyən ərini avtomobillə vurdu

Boşanmaq istəyən ərini avtomobillə vurdu Hadisə

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşid Rəşidli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, ona dərhal tibbi yardım göstərilib.

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, R.Rəşidlini həyat yoldaşı idarə etdiyi avtomobillə vurub.

İddialara görə, hadisəyə səbəb kişinin həyat yoldaşından boşanmaq istəməsi olub.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. (Gencexeber.az)