Bərdədə yaralanan 10 nəfərin son durumu açıqlandı - YENİLƏNDİ

Bərdədə yaralanan 10 nəfərin son durumu açıqlandı - YENİLƏNDİ Hadisə

Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.

"TƏBİB"dən News24.az-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.


***
13:17

Bərdədə də 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2115 markalı 10-HT-171 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı kanala düşüb.

1994-cü il təvəllüdlü Orxan Vüqar oğlu Babayev, 2004-cü il təvəllüdlü Röyal Rövşən oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Ayxan Natiq oğlu Hətəmov, 2007-ci il təvəllüdlü Mirşahin Yelmar oğlu Nəcəfli, 1979-cu il təvəllüdlü Efras Ayaz oğlu Paşayev, 1990-cı il təvəllüdlü Rabella Əlibaba qızı Həmidova, 2018-ci il təvəllüdlü Ömər Kamandar oğlu Həmidzadə, 1964-cü il təvəllüdlü Səkurə Yaqub qızı Həmidova, 1963-cü il təvəllüdlü Həmid Fərrux oğlu Həmidov və 1988-ci il təvəllüdlü Kamandar Həmid oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report)