Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu

Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu Hadisə

Bərdə-Yevlax yolunda qəza baş verib.

News24.az xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)