TƏCİLİ!!! Bu bölgədə qar uçqunu oldu: - ÖLƏN VAR

TƏCİLİ!!! Bu bölgədə qar uçqunu oldu: - ÖLƏN VAR Hadisə

Gürcüstanın qərb regionu olan Xulo bələdiyyəsinin Zemo Txilvana kəndində qar uçqunu nəticəsində bir nəfər həyatını itirib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, yağan güclü qar səbəbindən evin yardımçı tikilisi çöküb və nəticədə ev sahibi uçqun altında qalıb.

Bildirilir ki, hazırda sözügedən kənd ərazisində qar örtüyü bir metri keçib.

Nəzrin