Bu çayxanada siyasətdən danışmaq qadağan edildi - FOTO

Bu çayxanada siyasətdən danışmaq qadağan edildi - FOTO Hadisə

Türkiyənin Adana şəhərində bir çayxana sahibi, çayxanasına gələn müştərilərin dava salmasından sonra siyasətdən danışmağı qadağan edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, çayxananın sahibi Zeki Akkurt bəzi qaydalar tətbiq edib. Qaydaların yazıldığı kağızları divara asan Akkurt müştərilərə siyasət, xüsusilə din, dil və irq mövzuları müzakirə etməyi, söyüş söyməyi qadağan edib.

O, jurnalistlərə açıqlamasında “Çox müzakirələr, davalar olur, bu vəziyyətin qarşısını almaq üçün belə bir qərar verdik. Bu vəziyyətdən 100 faiz razıyıq. Biz bu qərarı təxminən ay yarım əvvəl vermişik və indiyədək heç bir problem olmayıb” deyib.

Müştərilərdən Murat Duran hazırda çayxanada futboldan danışıldığını, insanların dərdini bir-biri ilə bölüşdüyünü vurğulayıb.


Bu çayxanada siyasətdən danışmaq qadağan edildi - FOTO