Bu il Azərbaycanda 12 mindən çox - ZƏLZƏLƏ OLUB

Bu il Azərbaycanda 12 mindən çox - ZƏLZƏLƏ OLUB Hadisə
2019-cu il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) aparılmış kompleks seysmoloji, geofizki və geokimyəvi tədqiqatlar və əldə edilmiş nəticələr açıqlanıb.

News24.az xəbər verir ki, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınıb.

Bildirilib ki, litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin daim baş verir. Qeydə alınmış zəlzələlərin 5298-nin yerli, 6748-nin isə regional zəlzələlərdir. Ümumiyyətlə, Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olan zəlzələlərdir.