Bu ölkədə zəlzələ oldu

Bu ölkədə zəlzələ oldu Hadisə

Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 6.91 km dərinlikdə, yerli vaxtla saat 10:34-də qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.