“Bugs Bunny”nin “səsi” vəfat etdi
Hadisə
“Bugs Bunny” və “Daffy Duck” personajlarını səsləndirməsi ilə tanınan, “Emmy” mükafatı laureatı kanadalı səs aktyoru Erik Bauza 46 yaşında vəfat edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun ailəsi açıqlama yayıb.
Məlumata görə, Bauza hipertonik ürək-damar xəstəliyi səbəbindən dünyasını dəyişib.
“Looney Tunes” heyətinin müasir dövrdəki səslərindən biri olan Bauza “Porky Pig”, “Tweety” və “Road Runner” kimi personajları da səsləndirib. Karyerası ərzində o, 400-dən çox layihədə iştirak edib və gördüyü işlərə görə üç “Emmy” mükafatına layiq görülüb.