Burun əməliyyatından sonra zorakılıq iddiası araşdırıldı
Hadisə
Sosial şəbəkə platformalarında burun əməliyyatı keçirmiş şəxsin evi dağıtdığı, yaşlı qadına xəsarət yetirdiyi iddia edilən görüntü yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkə platformalarında Gədəbəy rayonundan olan yaşlı qadının guya döyülməsi ilə bağlı yayılan görüntülər Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırılıb:
"Araşdırma zamanı müəyyən edilib ki, görüntülərdəki şəxs ruhi-əsəb sağlamlığı ilə bağlı problemləri olan Anar Hüseynovdur. O, yaşadığı evdə məişət əşyalarını sındırdığına görə qadın yerə uzanaraq ağlayıb. Görüntülərdə əks olunan zorakıllıq halları fərziyyədir".
"Anar Hüseynovun burun əməliyyatından sonra əqli problemləri ilə bağlı ailə üzvlərinin müraciətləri aidiyyəti qurumlar tərəfindən araşdırılıb və onlara müvafiq cavablar verilib. Ailədə baş verən hallar üzrə polis əməkdaşları tərəfindən dəfələrlə profilaktiki işlər görülüb", - deyə məlumatda qeyd edilib.