Buzovnada dənizdə batan qardaşlardan birinin də meyiti tapıldı

Buzovnada dənizdə batan qardaşlardan birinin də meyiti tapıldı Hadisə

Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə avqustun 2-də batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, avqustun 2-də Buzovnada ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə bir ailənin üç üzvü batıb.