Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - Açıqlandı

Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - Açıqlandı Hadisə

Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb. 

News24.az xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. (Qafqazinfo)